Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Spirtli içki qəbulu və depressiya

Spirtli içkilərin dadı çox vaxt yetkin insanların xoşuna gəlir. Spirtli içki qəbulu, xüsusi ilə utancaqlıq da varsa insanlarla ünsiyyət qurmanı asanlaşdırır, dincəlməkdə kömək edir. Eyni zamanda avtomobil idarəsində çətinlik, qərar vermə bacarığının müvəqqəti itirilməsinə yol açır. Təbii ki alınan spirtin miqdarından asılı olaraq qavramanın pozulması da şiddətlənir. Əgər içməyə davam edilərsə, ayaq üstə durmaqda çətinlik, nitqdə pozulma (səyləmə), səhəri gün peşman olunacaq sözlər deyilməyə başlanar. Daha çox içilməyə başlandığında yuxusuzluq, baş ağrısı, narahatçılıq hissi şiddətlənər və ya huşsuz vəziyyətə keçilə bilər. Növbəti gün isə nələrin baş verdiyi xatırlanmır.

Spirtli içki bir neçə saatlığına özünü yaxşı hiss etmək üçün yaxşı vasitə ola bilər. Əgər enerjiniz azdırsa, əhval ruhiyəniz aşağıdırsa spirtli içki müvəqqəti kömək edə bilir. Bu problemlərin həlli üçün dərman kimi gündəlik içki qəbulu asan olur, ancaq məsələ ondadır ki, bu təsirlər tezliklə köhnəlir və içmə müntəzəm bir davranışa çevrilir. Bu zaman aşağıdakılar hiss edilməyə başlanır.
- İçki içmək seçim olduğu halda artıq məcburiyyət halını alır
- Daha erkən saatlarda içilməyə başlanır
- İşlərdə axsamalar yaranır
- Gündəlik içmə davranışı münasibətlərə mənfi təsir edir
- İçkinin verdiyi zərərlərə baxmayaraq içməyə davam edilir
- Eyni təsiri görmək üçün daha çox içməyə başlanılır (tolerans)
- İçkinin əhəmiyyəti qalan bütün münasibətlərin, davranışların, işlərin önünə keçir.

İçkinin uzun müddətə olan təsirləri
-Psixoz halı- yanınızda heç kim olmadığı halda səs eşitmə
-Demensiya- yaddaşın itirilməsi
-Fiziki zərərlər- orqan xəstəlikləri

Spirtli içki qəbulu ilə depressiya arasına əlaqə nədir ?
Əsas bir əlaqənin olduğunu bilirik, hansı ki özünə zərər verən və ya intihar edən insanlar spirtli içki qəbul edənlər arasında daha çox görülür. Bu iki yolda özünü göstərə bilər, gündəlik depressiyada olmağa səbəb olan davamlı içmələr və ya həyacan təşvişi azaltmaq üçün istifadə edilən içmələr.
Hər iki yolda da spirt beyinin kimyasına təsir edir, depressiya riskini artırır. Xəstə həyəcanlı, əsəbi, gərgin, özünü günahkar hesab edir. Ailə ve dostlarla tez tez olan münaqişələr, iş yerində ortaya çıxan problemlər, cinsəl problemlər həyatı yaşanılmaz edir.

Həyatı zövqlə yaşamağınız diləyi ilə...
---

Müəllif: Dr. Fuad Bəşirov
Uzman Psixiatr

blog