Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

İntihar bir çıxış yolumudur

İntihar edən şəxs bu yolu yeganə çıxış yolu olaraq gördüyündən bu fikri dəyişdirmək olduqca çətindir. Əgər birinin yemək alacaq qədər pulu yoxdursa, yanına gedəcək, kömək istəyəcək bacı qardaşı və ya yaxın bildiyi bir adamı yoxdursa , əl açdığı, diləndiyi, tanımadığı insanlar tərəfindən də alçaldılma görürsə düşüncəsində intihar edəcək vəziyətə gələ bilər. 
Və yaxud da həmişə yüksək vəzifədə olub, hamı tərəfindən hörmət, sayqı görən bəzi insanlar vəzifədən çıxarılınca əvvəlki hörmətin qoyulmaması, dost tanışının olmaması, axtarılan, vacib adam olmaması həmin insanlarda dünyada artıq adam, lazım olmayan şəxs, vaxtı keçmiş insan kimi düşüncələr intihara gətirib çıxardır. Intihar düşüncəsi olan insanların düşüncələri dəyişənədək daim yanında onu qoruyacaq adama ehtiyac vardır. 


İnitharın hər zaman ölümlə nəticələnməyəcəyini də xatırlatmaq bəzən faydalı ola bilər. Ölmək üçün cəhd edib amma ömürlük şikəst olub, əlil arabalarında gəzənləri və ya yaxınlarının, sevdiyi insanların onun bu vəziyyətinə çox üzüləcəklərin xatirlatmaq faydalı ola bilər. Çıxış yolu kimi dövlətin sığınacaqlarından faydalanma imkanlarının olduğunu qeyd etmək, yaşlılar üçün qocalar evi, evsizlər üçün müvəqqəti sığınacaqlar və ya müxtəlif dərnək və xeyiriyyə cəmiyyətlərindən yardım istəmək olar . İnanclı insanlara isə intiharın günah olduğun xatırladıb, bu ölümün yenə də ona rahatlıq gətirməyəcəyin demək çox zaman intihar düşüncəsindən uzaqlaşdırır.

Yaxın ətrafımızda intihar düşüncəsi olanlar varsa necə kömək edə bilərik 
Ümumiyyətlə intihar edəcəyini istər zarafatla istərsə də ciddi olaraq dilə gətirən insanlara qarşı çox diqqətli olmaq lazımdır. Unutmamaq lazımdır ki, intihar etmək fikrini dilə gətirən hər 5 insandan biri intihara cəhd edir və intihara cəhd edən hər 10 insandan biri ölür. Bu rəqəmlər bir adam intihardan danışırsa sadəcə diqqəti cəlb etmək istəyir, həqiqətdə belə bir təhlükə yoxdur fikrinin nə qədər səhv olduğun və bunun zarafatının belə ölümlə nəticələnə biləcəyin unutmamaq lazımdır.

 

İntiharı son çıxış yolu kimi seçim edən insanlara həkim yardımı ilə bərabər ediləcək başlıca iki yardım var. Bunlardan biri tək qoymamaq və intihar düşüncəsindən başqa alternativ yollar axtarmaq. Əlbətdə burada intihar riskinin dəyərləndirilməsi də çox mühimdir. İntihar planının olması , hal hazırki emosional vəziyyətin depressiv olması və ya həyəcanlı olması , ümidsizlik, daha öncədən də intihar cəhdinin olması, ani çıxan krizis vəziyyəti , qəzaya bağlı bir və ya bir neçə orqanın itirmək, sosial təminatın azlığı və ya yoxluğu intihar üçün əsas risk faktorlarıdır. İkinci olaraq da bu faktorların mümkün olduğu qədər tez aradan qaldırılması və gələcəyə doğru reallaşa bilən ümidlərin verilməsi lazımdır.

Həyatdan zövq alaraq yaşamanız diləyi ilə..
---
Müəllif: Dr. Fuad Bəşirov
Uzman Psixiatr

blog