Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

İntihara aparan yollar

İntiharın dinamikasına əsas 7 başlıqda baxa bilərik : 
1) Psixoz xəstəlikləri: adam özünü öldüməklə əlaqəli əmr edici tərzdə səs hallusinasiyaları eşidə bilər. 
2) İnsanin özünə çevrilmiş cinayət: bu cür intiharlarda intihar edənin başqa birinə qarşı çox böyük kini vardır. Bəzi səbəblərə görə kini ifadə edə bilməz və kin insanin özünə qarşı çevrilir . Simvolik olaraq qarşısındakı adamı öldürəcəyin düşünür. 
3) Rədd etməklə və ya tərk etməklə ətrafını qorxudan gənc intihari, bir güc mənbəyi olaraq göstərir 
4) Şantaj və ya sui istifadə: Əgər mənə yaxşı münasibət göstərməsəniz sonra çox peşman olacaqsınız bu zaman fərd intihardan qorxutmaq üçün istifadə edir. 
5) Sevdiyi insanları ölümlə itirənlərin onlara yenidən qovuşması: intiharı qovuşmanın bir yolu olaraq qəbul edirlər.
6) Bağışlanmaz günahların təmizlənməsi: günah və çirkin hisslərdən təmizlənmənin tək yolu intihar qəbul edilir. 
7) Kömək və ya nəvaziş görmək üçün diqqəti özünə çəkmək: probleminin nə olmağından aslı olmayaraq fərd intiharı kimi çıxış yolu seçir.

---
Müəllif: Dr. Fuad Bəşirov
Uzman Psixiatr

blog