Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Qorxu

Bəzən insanı ağılsız və məsuliyyətsiz hərəkətlərdən saxlayar. Ancaq qorxu müəyyən bir dozada olmalıdır. Qorxu hissinin davamlı olması və kəskinləşməsi işlərin yolunda getmədiyini göstərir. Qorxu bir təhlükə və ya təhdid anında hiss edilən bir gərilim, bu vəziyyətdən qaçma, yaxud da mübarizə aparma ilə əlaqəli, ürək döyüntüsü, əzələlərdə gərginlik və s. hisslərlə özünü biruzə verən PSIXOLOJI həyəcan halıdır.

Internet, qəzet səhifələrindən, televiziya ekranlarından hər gün yeni-yeni dəhşətli hadisələr, qətllər, ölüm hallari, fövqəladə hallar haqqında informasiya alaraq istər-istəməz düşünməli olur insan: "Bütün bunlar mənim də başıma gələ bilər". Ona elə gəlir ki, təhlükə hər yerdə-evdə, mağazada, teatrda, evinin girişində və ictimai nəqliyyatda addım-addım onu izləyir.
Sanki insan üçün özünü rahat və təhlükəsiz hiss edə biləcək bir yer tapılmır ki, tapılmır.

Bu PSIXOLOJI POZUNTUNUN nəticəsi olaraq yuxusuzluq, iştahsızlıq, mədə xəstəlikləri, təzyiq, digər nasazlıqlar, baş qaldırır...

İnsan özünü çox narahat hiss edir.Sizi əhatə edən təhlükələr haqda düşünməyə bilmədiyiniz halda, psixoloji cəhətdən çox yorulursunuz, daim qorxu içərisində yaşamalı olur, qorxu-hürkülərdən universal xilas vasitələri, hər hansı düşə biləcəyiniz vəziyyətlərə dair dəyərli,sizi sakitləsdirəcək məsləhətlər axtarır, onları tapa bilmədikdə sanki qapalı bir dairəyə düşür, problemlərinizi dərinləşdirirsiniz.

Eyni zamanda, Qorxu — məlumatsızlıqdan yaranan duyğudur. Məsələn QARANLIQDAN yaranan qorxu hissi qaranliğin qeyri müəyyənliyindən irəli gələr. Ümumilikdə, qorxunun dayanıqlı şəkil alması artıq FOBIYADIR..

Ən əsası qorxu ciddi bir PSİXOLOJİ xəstəlikdir və müalicə olunması mütləqdir..
---
Dr.Azər Bağırov
Uzman Psixiatr

blog