Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Sarışan hallar nevrozu

Bu nevrozun ən başlıca cəhəti xəstəni narahat edən sarışan halların. QORXULAR, HƏRƏKƏTLƏR, FIKIRLƏR, SAYMALAR, SIRALAMALAR, BEYINƏ ISTƏNMƏDƏN GƏLƏN BƏD FIKIRLƏR, XATIRLAMALAR və s. olmasıdır. Xəstə həmin fikir və hisslərin bayağılığını,lüzumsuzluğunu başa düşməsinə baxmayaraq onlardan yaxa qurtara bilmir.
Sarışan hallar nevrozunun 3 klinik variantını qeyd edirlər.Bunlara obsessiv, fobik, sarışan – kompulsiv formalar aiddir.

Obsessiv formada sarışan xatırlamalar,təsəvvürlər,lüzümsuz evlərin pəncərələrini,mərtəbələrini,ə
şyaları saymaq və s.təşkil edir.Fobiya forması ücün xarakterik əlamət xəstəliklərə tutulmaqdan qorxmaqdır. Sarışan kompulsiv formada isə xəstə öz arzusundan asılı olmayaraq kobud və nəlayiq hərəkətlərə meyl göstərir.Məsələn,kiməsə zərbə endirmək,hər hansı bir əşyanı sındırıb dağıtmaq,kimisə izdiham içində təhqir etmək və s.
Sarışan hallar müxtəlif formalarda təzahür edə bilər.

-Ağır xəstəliyə tutulmaq qorxusu – nozofobiya , 
-Yüksəklikdən qorxmaq-akrofobiya ,
-Geniş küçələrdən və ya meydanlardan keçə bilməmək-aqrofobiya,
-Yaxın adamlarını itirmək,evdə tək qalmaqdan qorxmaq-monofobiya,
-Ağlını itirmək,ruhi xəstəliyə tutulmaq qorxusu-psixofobiya və s),özlərindəki qorxu və şübhələri azaltmaq məqsədilə bəzən xəstələr cürbəcür rituallardan, “qorunmaq hərəkətlərindən”istifadə edirlər.


Bir xəstə gün əvəzində ona heç bir xəta toxunmaması üçün səhərlər evdən çıxmazdan əvvəl gözünü yumaraq 3 dəfə otağın divarını öpərmiş. Başqa bir xəstə isə heç bir infeksiyaya tutulmamaq üçün hər gün bədənin müxtəlif yerlərinə (barmaqlarına,dabanına və qulaqlarının arxasına) yod sürtərmiş ve s.kimi durumlar. 

Sarışan halların geniş yayılmiş formalarından biri də sarışan fikirlərdir.Bu zaman məzmunsuz,qeyri sağlam müdriklik deyilən əlamətlər müşahidə edilir. Belə xəstələr hamıya yaxşı məlum olan,sübuta ehtiyacı olmayan,ümumiyyətlə,mənasız fikirləri “çeynəməyə” ehtiyac duyur,ətrafdakı adamlara mənasız suallar verməkdən,mübahisədən sanki zövq alır.
Xəstələri bəzən belə suallar maraqlandırır:nə üçün süd ağ, yağ isə sarı rəngdədir ? Nə üçün gözlər kəllənin yuxarı hissəsində,dişlər isə ondan aşağıda yerləşmişdir ?

 

Gözləmə nevrozu öz kliniki və patogenetik xüsusiyyətlərinə görə sarışan hallar nevrozunun bir variantıdır.
Bu sindromun başlıca cəhəti bütün nevrozların inkişafında rol oynayan psixotravmatik amillərin xəstənin yersiz təşviş və həyəcanına səbəb olan xəstəlik halı əmələ gətirməsidir.

Belə ki,xəstə vərdiş etdiyi ən adi hərəkətləri icra edərkən təşviş keçirir,onun baş tutmayacağını gözləyir.Məsələn,gecələr yuxuya gedə bilməməsindən,imtahan zamanı müəllimə yaxşı cavab verə bilməyəcəyindən və s. qorxur, həyəcan keçirir.Bu sindromun yaranması nəticəsində nitq pozuntuları (kəkələmə) impotensiya,yuxu pozuntuları və s.meydana çıxır.25 il ali məktəbdə mühazirələr oxumuş bir müəllim nevroza tutulduğu zaman auditoriyaya girməkdən qorxur,mühazirə oxuya bilməyəcəyindən ehtiyat edərək aylarla sevimli peşəsindən uzaqlasır.

---
Dr.Azər Bağırov
Uzman Psixiatr

blog