Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Qızdırmadan olan qıcolmalar

Qızdırmadan olan qıcolmalar (febril ) çox zaman təhlükəsiz olsa da valideynlər diqqətli olmalıdırlar. Əgər qıcolma 3 aydan erkən və ya 3 yaşdan gec olarsa, temperatur 37,5-ə qədər olarsa, sutkada 2 və daha çox dəfə təkrarlanarsa, müddəti uzun sürərsə, fokal nevroloji defisit qoyarsa, ailədə epilepsiya hekayəsi varsa bu hallarda qıcolmalar daha ciddi səbəblərdən qaynaqlana və gələcəkdə epilepsiya xəstəliyinə keçə bilər. Xüsusən tez-tez febril qıcolma keçirən uşaqların gələcəkdə mezial temporal skleroza bağlı davamlı qıcolma keçirmə riski yüksəkdir. Həmçinin ağir epileptik ensefalopatiya olan Drawet sindromunun da ilk olaraq febril qicolma ilə başlandığını yadda saxlamaq lazımdır.

Bezen ise valideyinler febril qicolma ile diger hallari sehv sala biler. Daha cox sehv salina bilen hallar: 1.Riqor -Yüksək temperatur fonunda huşun itməməsi ilə paroksizmal titrəmələr və ya əzələ spazmlarıdır, daha çox bakteremiya ilə bağlıdır.
2.Refleks anoksik ataklar- Yuksek temperaturdan olan ani bayilmalar (vaqal senkope)
İstənilən halda febril qıcolmanın təhlukəsi ilə bağlı qərari həkiminizlə məsləhətləşməniz tövsiyyə edilir.
Hər kəsin sağlam olması diləyi ilə!
---
Nevroloq
Rima Ibadova

blog