Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Uşaqlarda rastladığımız nevroloji xəstəliklər

Uşaqlarda rastladığımız nevroloji xəstəliklərin başlanma yaşına, irəliləmə xarakterinə, təkrarlanmasına ciddi şəkildə diqqət etməmiz gərəkir.Belə ki, akut (kəskin)nevroloji xəstəliklər çox sürətlə irəliləyir və təcili müalicə tələb edir (Meningit, beyin absesi, beyin qanamaları və.s). Təkrarlayan-epizodik xəstəliklər daha geniş yayılmışdır. Bu qrupdan qıcolmalar, miqren,bəzi neyrometabolik və neyromuskulyar xəstəlikləri göstərə bilərik.Bu xəstəlikləri olan uşaqların çoxu ataklararası dönəmdə sağlamdır.Əgər atakarası dönəmdə də uşaqda hər hansı bir psixomotor problem mövcuddursa bu metobolik və ya degenrativ xəstəlik olma ehtimalını artırır. Statik nevroloji problemlər zamanı sabit və qalıcı bir deffekt vardır və bu deffekt zamanla dəyişməz,serebral iflicdə olduğu kimi.İrəliləyici nevroloji xəstəliklər ən ciddi qrupdur.Və xəstəlik nə qədər zəif şiddətlə irəliləyirsə uşağın ciddi xəstəliyi ola bilmə riski bir o qədər artır.Çox sürətlə irəliləyən xəsətliklərin infeksiya, neoplazm, intoksikasiya və ya travmaya bağlı ikincili olma ehtimalı yüksəkdir.
Hər zaman sağlam olmanız diləyi ilə,
---

Nevroloq
Rima İbadova!

blog