Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Davranış pozuntusunun yaranma səbəbləri


Davranış pozuntusunun yaranma səbəbləri  

Hazırda uşaqlar arasında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir. Demək olar hər 10 uşaqdan 7-də bu problemə rast gəlinir. 

Davranış pozuntusunun yaranma səbəbləri:
- Diqqət çəkmək istəyi –uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyərlər və ailədən lazımı diqqəti almayan uşaq həmin diqqəti 
üzərinə çəkmək üçün mənfi yollara əl atır. Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə alanda durmadan qışqırır və .s.

- Özünü xatırlatma - bu ən çox mühavizəkar ailə tipində böyüyən uşaqlarda görünür. Belə ailələrdə valideyn uşağı həddsiz çox qoruyur. 
Hətta, onun məsuliyyətinə daxil olan işləri də valideynlər yerinə yetirir və bunun uşağı üçün xeyirli olduğunu düşünür. 
Belə halda, uşağın şəxsiyyət inkişafı da ləngiyir. Şəxsiyyət tam formalaşmadıqda isə uşaqda özgüvən aşağı olur. 
Özgüvən aşağı olduqda isə uşaq mənfi davranışla diqqət çəkməyə başlayır. 

- Özünü təsdiqlətmək istəyi - bəzən valideynlər uşaqlarını ya çox sıxır, çox qadağa qoyur, ya da onları aşırı qoruyur hətta uşağın 
işini onun yerinə özləri görür. Bu da uşaqda davranış pozuntusuna səbəb olur.
---
Müəllif: Uzman Psixoloq Əminə Qurbanlı

blog