Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Depressiya xəstəliyi

Depressiya xəstəliyi

Depresiv pozuntu günümüzün ən çox yayılan xəstəliklərindən biridir. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən inkişaf etmiş 
ölkələrdə ən çox əllilliyə səbəb olan 3 xəstəlikdən biridir. Təxminən hər 7 insandan biri həyatının hər hansı bir zamanında 
depressiv epizod keçirir. 

Depresiyanın əlamətlərindən daha çox rast gəlinənləri aşağıdakılardır.
Əhval ruhiyənin aşağı olması, Zövq aldığınız işlərin artıq zövq verməməsi, maraqsız gəlməsi,
İnsanın özünü günahkar hiss etməsi, Əsəbilik, kiçik şeylərin həddindən artıq gərginləşdirməsi,
Yuxu pozulması (həddindən artıq yuxu istəyi və ya yuxusuzluq), Günlərlə sürən yorğunluq hissi,
Konsantrasiya pozulması, diqqətsizlik, Ümidsizlik, Ölüm və ya intihar barədə düşünmək...

Bu və ya bəzər düşüncələr insanın normal halda rahatlıqla edə biləcəklərini olduqca çətinləşdirir. 
Həyat keyfiyyətini olduqca aşağı salır. 

Depresiyanın müalicəsi farmakoterapiya (dərman), psixoterapiya (söhbət) və ya hər ikisinin birgə istifadəsi ilə aparılır. 
Bir çox halda bu iki müalicə üsulunun birgə istifadəsi daha effektli olur. 
Depresiv pozuntunun müalicəsi zamanı istifadə olunan müalicə metoduna psixiatr qərar verir. Depresiv pozuntu müalicəsi 
üçün antidepresan seçimi xəstənin fərdi xüsusiyyətlərinə görə aparılır. Antidepresan dərmanların təsiri təxminən 4-6 həftə 
ərzində çıxmağa başlayır. Ancaq bəzi hallarda daha tez effekt görmək də mümkündür..
---
Müəllif: Uzman Psixiatr Fuad Bəşirov

blog