Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Səmimi insanın portreti

Səmimi insanını portreti:

1. Özünü sevmək - narsizm deyil, sadəcə özünün həqiqətdə kim olduğunu bilmək, bunu özündən belə gizləməmək.
2. Öz zəifliklərini qəbul etmək - kritikanı tolerant qarşılamaq, qıcıqlanmamaq.
3. Öz düşüncələrini, mühakimələrini paylaşmaq - başqalarına xoş olsun deyə özündən keçməmək, gizlənməmək.
4. Qarşı tərəfə xoş söz deməyi və eyni zamanda ünvanina deyilən xoş sözü qəbul etməyi bacarmaq - digərlərinin üstünlüklərini onlara deyib sevindirmək, bunu onlardan əsirgəməmək və haqqında eşitdiyin sözlərdən "ulduz xəstəliyi"nə tutulmamaq.
5. Dinləmək qabiliyyəti - interaktiv olmaq, yalnız fikrimi çatdırım söhbət bitsin deyil, qarşı tərəfi duymaq, onu anlamaq.
6. Ətrafın deyil, öz daxili səsinə riayət etmək - tabulardan azad olmaq, öz hislərinə güvənmək, arzularından heç vaz keçməmək.

P.S. Səmimi olmaq - psixoloji sağlam olmaq deməkdir..

-
Müəllif: Psixoloq Günel Aslanova

blog