Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Klaustrofobiya

Klaustrofobiya
---
Klaustrofobiya qapalı məkanlarda qalma qorxusu olaraq təyin edilir. Fobiyası olan şəxslər qapalı və kiçik yerlərə girməkdən qorxur, bele yerlərə girdikdən sonra isə boğulub, nəfəssiz qalacaqlarını düşünürlər.

Klaustrofobiklər demək olar ki, liftdən, metrodan, avtobusdan və əyləncə parkalarında təhlükəsizlik kəmərləri olan vasitələrdən istifadə etmirlər.

Xəstənin, özünü olduğu mühitlərdə boğulurmuş kimi hiss etməsi, bağlanıb, qısılmış kimi düşünməsi xəstəliyə xas olan əlamətlərdəndir. Bundan əlavə bədəndə tərləmə, titrəmə, nəfəs darlığı çəkmə, bədənin müxtəlif hissələrində keyləşmə kimi hallar da müşahidə olunur. Belə vəziyyətlər yaşandığı üçün şəxs təyyarədən istifadə etmək istəmir, teatr və kino kimi bağlı məkanlardan qaçır.

Klaustrofobiklər qapalı məkana girdikləri zaman ilk olaraq pəncərə və qapıları yoxlayır, mümkün olduqca çıxış yerlərinə yaxın yerdə oturular.

Klaustrofobiyanın səbəbləri nələrdir?

Fobiyanın səbəbləri müxtəlifdir. Əsasən uşaqlıq və yetkinlik yaşında yaşanmış travmatik hadisələrdən qaynaqlana bilir. Uşağın cəzalandırılması üçün bağlı yerə kilidlənməsi və ya qorxulu bir film izləyib təsiri altına düşməsi kimi səbəblərdən də fobiya yarana bilir.

Cəmiyyətdə yaşayan şəxslərin 7-10%-də qapalı məkan qorxusu vardır. Şiddətli Klaustrofobiya isə cəmiyyətin 2%-də müşahidə olunur. Kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

Əgər fobiya şəxsin gündəlik həyat tərzini dəyişdirəcək səviyyədədirsə, mütləq peşəkar psixoloqa müraciət etməlidir. Müalicənin əvvəlində fobiyanın nə vaxt, nə səbəbdən yarandığı müəyyənləşdirilir və uyğun terapiya tətbiq olunur.

Psixoloq Günel Aslanovanın ixtisaslaşdığı sahələr depressiya, həyəcan pozuntuları,şəxsiyyət pozuntuları, yemə pozuntuları, cinsi pozuntular, ailədaxili problemlər və uşaqlarda psixoloji pozuntulardır.
---
Müəllif: Psixoloq Günel Aslanova

blog