Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Eyni səhvləri niyə təkrar edirik ?

Eyni səhvləri niyə təkrar edirik ?

Niyə nəticənin nə olacağını əvvəlki təcrübəmizə əsaslanaraq bildiyimiz halda yenə də özümüzü təhlükə ilə üz-üzə qoyuruq? Səbəb əslində bizim Yaşlı Beyninə istinadən deyil, Uşaq Beyninə istinad edərək davranmamizdir!

Belə ki, hislər vərdişləri formalaşdırır. Hislərimizin əsasında isə analiz etmək qabiliyyəti dayanır. Lakin bu qabiliyyət zaman keçdikcə, insan psixikası yetkinləşdikcə formalaşır. Uşaqlarda bu qabiliyyət yetərincə inkişaf etməmiş olur, onlar analizə əsaslanmadan bir başa Hissin ötürdüyü siqnalı qəbul edərək ardınca Vərdişi reallaşdırırlar.

Məsələn, sağlamlığı üçün zərərli olmasına baxmayaraq şokoladı yeməyə davam edən uşaq, bu halda zərəri təhlil etmədən həmin an şokoladdan alacağı həzz hissinin təsiri altında şokolad yemə vərdişini reallaşdırır.

Əgər hələ də eyni səhvləri təkrar ediriksə demək ki, Yaşlı Beyninə daha az istinad edirik!
---
Müəllif: Psixoloq Günel Aslanova

blog