Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Selektiv mutizm

Selektiv Mutizm

Selektiv Mutizm (və yaxud Elektiv Mutizm), yəni “seçici susma”, uşağın tanıdığı mühitdə, məsələn, ev mühitində səlis danışmasına baxmayaraq, məktəb o cümlədən başqa sosial mühitlərdə danışmamasıdır. Bu tip uşaqlar danışma qabiliyyətinə malikdirlər, lakin müəyyən mühitlərdə, insanların çox olduğu yerlərdə danışmır, sakit qalmağa üstünlük verirlər.

Ailədə, valideynlərinin yanında, rahat hiss etdiyi mühitlərdə danışıqda heç bir problem olmur. Belə mühitlərdə utancaq, sakit olmurlar, rahat və istədikləri kimi hərəkət edirlər. Bu vəziyyət əsasən uşaqlarda, bəzi hallarda isə yeniyetmələrdə müşahidə olunur.

Əgər yuxarıda sadalananların bəzilərini uşağınızda müşahidə edirsinizsə, mütəxxəsisə müraciət etməyiniz məsləhətdir. Bəzən ailələr, valideynlər bu narahatlığı utancaqlıqla səhv salırlar. Lakin vaxtında müalicə edilməsə, gələcəkdə uşağın həm təhsil, həm də gündəlik həyatında problemlərə səbəb ola bilər.

Psixiatr, nevroloq və psixoloqlardan ibarət peşəkar komandamız ABŞ və Avropanın aparıcı ali məktəblərində təhsil almış və ixtisas artırmış mütəxəssislərdir.
---
Müəllif: Psixoloq Günel Aslanova

blog