Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Autizm

Autizm

Autizm – erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında narahatlıqların olması ilə özünü göstərən inkişaf problemidir. Bu zaman beynin müəyyən hissəsində problem olur ki, bu da özünü nitq və duyğu orqanlarındakı pozuntularla biruzə verir.

Autizmin spektr pozuntuları:
• Rett sindromu;
• Asperger sindromu;
• Uşaqlıq dezinteqrativ pozuntusu.

Bəzi fərziyyələrə əsasən autizmin meydana gəlməsinə səbəb beyində yerləşən neyron hüceyrələrinin sayının normadan az olmasıdır. Bundan əlavə həm genetik, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış inkişafa təsir edici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlərlə də əlaqəli ola bilər.

Autizmli uşaqların ortaq xüsusiyyətləri:
• Göz təmasından qaçır 
• Ağrıya qarşı laqeyddir;
• Tək qalmağı xoşlayır;
• Digər uşaqlarla oynamır;
• Başqaları ilə ünsiyyət qurmur;
• Sosial münasibətlərdə çətinlik;
• Nitq və ünsiyyətdə çətinlik çəkir;
• Eyni mövzu ətrafında uzun müddət danışır;
• Yaradıcılıq tələb edən oyunları oynaya bilmir.

Əgər uşağınızda yuxarıda sadalananlardan bir neçəsini müşahidə etmisinizsə mütəxxəsisə müraciət etməyiniz məsləhətdir. Çünki ilkin diaqnoz çox önəmlidir. Əks təqdirdə xəstəlik gələcəkdə uşağızın üçün daha ciddi problemlərə səbəb ola bilər.
---
Müəllif: Psixoloq Günel Aslanova

blog