Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Hiperaktiv uşaqlar

Hiperaktiv uşaqlar

Hiperaktivlik və diqqətsizlik sindromu aktiv, daima hərəkətli, davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Hiperaktiv uşaqlar öz yerlərində çox fırlanırlar, dönürlər, əşyaları və paltarları dartışdırırlar, dəfələrlə yerlərindən qalxır və ətrafı dolanırlar, uzun müddət otura bilmirlər.

Bu problemlər 7 yaşına qədər olan dövrdə ortaya çıxır. Belə uşaqların diqqət cəmləmə problemi olsa da, tv, kompüter və oyun, cizgi filmi izləyərkən diqqətlərini cəmləyə bilməsi çaşdırıcıdır.

Hiperaktiv uşaqlar cəmiyyətə gec adaptasiya olunur. Bu tip uşaqlar 1-ci sinfə gedərkən daha çox gərginlik və diqqət problemi yaşayırlar. Daim aktiv, impulsivdirlər və onların hərəkətləri hər zaman xaotikdir. Uzunmüddətli və darıxdırıcı tapşırıqları yerinə yetirməkdən boyun qaçırır və yaxud onu tamamilə etmir, hər zaman hərəkətdə olmağı sevirlər.

Əgər yuxarıda sadalanan halları uşağınızda müşahidə etmisinizsə psixoloqa müraciət etməyiniz məsləhətdir. Əks halda gələcəkdə həm uşağınız, həm də sizin üçün ciddi problemlərə səbəb ola bilər.
---
Müəllif: Psixoloq Günel Aslanova
 

blog