Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Ailə problemləri

Ailə problemləri

Ailə qurmaq şəxsin həyatında aldığı ən önəmli qərarlardan biridir. Bu addımı atmadan əvvəl hər iki tərəf ailə qurmağa hazır olub olmadığını müəyyən etməlidir. Ailə quracağınız insanı yaxından tanımalısınız. Əks halda gələcəkdə ailədə ciddi problemlər ortaya çıxa bilər.

Ailədə problemlərin yaranma səbəbləri:
Xarici təsirlər;
Dialoq əksikliyi;
İqtisadi səbəblər.

Ər və arvad problemlərini öz aralarında müzakirə edib çıxış yolu tapmağa çalışmalıdır. Problem ortaya qoyulmalı, müzakirə edilməli və düzgün nəticə çıxarılmalıdır. Bir-birilərinə qarşı anlayış, hörmət göstərsələr problemlərdən daha tez azad ola bilərlər.

Övladlarınızı problemlərdən uzaq tutmağa çalışın. Ailədəki problemlər, mübahisələr gələcəkdə uşağın psixologiyasına, davranışlarına mənfi təsir göstərə bilər. Yaxşı olar ki, ailə məsələləri ailə içindən kənara çıxmasın. Bu zaman ortaq nöqtəyə gəlmək daha asan ola bilər.

Əgər bunların heç biri problemin həllində kömək olmursa psixioloqdan dəstək almanız məsləhətdir. Ümumiyyətlə hər bir ailənin psixioloqu olmalıdır. Bu ailə münasibətlərinin daha möhkəm olmasına, problemlərin azalmasına müsbət təsir göstərir.
---
Müəllif: Psixoloq Günel Aslanova

blog