Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Uşaqlarda agressiya

Uşaqlarda aqressiya

Uşaqların kəskin aqressiyalı olmasın cəmiyyətin əsas problemlərindən biridir. Getdikcə isə aqressiyalı uşaqların sayı artmaqdadır. Uşaqlarda belə vəziyyətin yaranmasına müxtəlif amillər təsir göstərir.

Uşağın aqressiv olmasının səbəbləri:
• Tv-dəki şiddət səhnələri;
• Müşahidə etdiyi aqressiv nümunə;
• Ailə tərbiyəsinin düzgün olmaması;
• Ailədə yaranan ciddi problemlər, münaqişələr.

Bütün bu amillər getdikcə uşaqların psixologiyasına mənfi təsir göstərir. Bu tip uşaqlar təhsil həyatında müvəffəqiyətsiz olurlar, öz yoldaşları ilə anlaşa bilmirlər. Vaxt keçdikcə isə tək qalıb depressiya vəziyyətinə düşürlər.

Belə vəziyyətlərdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Valideyn bu halda necə davranmalıdır ?

• Fiziki cəza tətbiq etməməlidir;
• Ünsiyyət qurmasına kömək etməlidir;
• Müsbət davranışlarını mükafatlandırmalıdır;
• Öz davranışları ilə uşağına nümunə olmalıdır;
• Uşaqla danışarkən səs tonuna fikir verməlidir.

Əgər uşağınız aqressivdirsə və onunla bacara bilmirsinizsə mütləq olaraq psixoloqa müraciət etməlisiniz. Əks halda gələcəkdə uşağınız üçün daha ciddi problemlərə səbəb ola bilər.
---
Müəllif: Psixoloq Günel Aslanova
 

blog