Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Psixoloji yardım

Psixoloji yardım nədir ?

Bəzən insan elə hallarla rastlaşır ki, o özünü çıxışsız bir labirintdə hiss edir. Təcrübəli psixoloq bu yolda, sanki sizin bələdçiniz olur. O artiq bu labirintin çıxışlarını bilir və sizə bu sınaqdan kecməyə kömək edə biləcək bir insandır.

Psixoloqa sağlam, psixi cəhətdən normal insanlar müraciət edir. Bəziləri özünü daha yaxşı anlamaq istəyir, şəxsiyyət kimi formalaşıb həyatda uğur əldə etməyi arzulayırlar. Digərləri həyatlarında sarsıntı yaşamış insanlardır. Mürəkkəb situasianı anlamaq üçün onlara yardımçı kimi psixoloq cox yaxşı kömək edə bilər.

Psixoloqla ilk görüş: tanışlıqdan, problemi təyin etməkdən və sizin suallarınızı cavablandırmaqdan ibarətdir. Tədricən görüşdən- görüşə hər dəfə qoyulmuş problem həll olunur və siz gözlədiyiniz rahatlığı tapırsınız.

Bəzi qohum-qonşular psixoloq kimi öz diqqətini, qayğısını təklif edirlər. Hə, burda nə var ki, gəl mənə danış, mən də deyim hər şey yaxşı olacaq. Amma bu belə deyil. Təcrübəli psixoloqdan siz obyektiv məsləhət ala bilərsiz. O sizin kecirdiyiniz hisslərə psixoloq mövqeyindən yanaşır və ən əsası sizi olduğunuz kimi qəbul edir. Psixoloq və ona müraciət edən insan arasındakı münasibətlər daha rahat və səmimi olur.
---
Müəllif: Psixoloq Günel Aslanova

blog