Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

İnternet asılılığı

İnternet asılılığı
---
Müasir dövrdə texnologiyanın inkişafı ilə əlaqədar yeni asılılıqlar meydana çıxır. Bunlardan ən geniş yayılanı isə internet asılılığıdır.

Hər yaşda və cinsdə müşahidə edilən narahatlıq olmasına baxmayaraq son dövrlərdə daha çox gənc və yeniyetmə şəxslərdə rast gəlinir. Xüsusilə 12-18 yaş aralığı riskin ən yüksək olduğu dövrdür.

Qadınlara nisbətən kişilər internet asılılığından daha çox əziyyət çəkilər. Kişilər və qadınlar arasında internetdə keçirilən zamanın məzmunu baxımından da bəzi fərqlər vardır. Qadınlar daha çox oxuyaraq ya da chat proqramlarında söhbət edərək zaman keçirərkən, kişilərin idman və şiddət oyunlarını seçdiyi müşahidə edilir.

Asılılığın cəmiyyətdə yayılma ehtimalı 1,8%-dir. Bu rəqəmlər bizə internet asılılığının cəmiyyətdə çox rastlanan və müalicəsi tələb olunan narahatlıq olduğunu söyləyir.

Bu tip şəxslərdə internet asılılığı ilə bərabər digər psixoloji pozuntular da baş verir. Sosial fobiya və ya depressiya internet asılılığı olan şəxslərdə görülən psixoloji pozuntular arasındadır. Bunlarla bərabər şəxsin erkən yaşlarda internet başında uzun müddət vaxt keçirməsi diqqət əskikliyinin inkişafında mühüm rol oynayır.

Müalicədə əsas məqsəd şəxsin internetdən istifadə səbəblərini ortaya çıxararaq bu səbəblər üzərində çalışmaq, şəxsin həyatını proqramlaşdıraraq internet başında keçirəcəyi zamanı minimuma endirməkdir.

Əgər özünüzdə və ya yaxınlarınızda qeyd olunan əlamətlər mövcuddursa və bu hallar təkrar olunan formada baş verirsə dərhal mütəxəssisə müraciət etməyinizi tövsiyə edirik.
---
Müəllif: Psixoloq Günel Aslanova

blog