Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Qızdırmadan olan qıcolmalar (febril)

Qızdırmadan olan qıcolmalar (febril) 
---
Qızdırmadan olan qıcolmalar (febril) çox zaman təhlükəsiz olsa da valideynlər diqqətli olmalıdırlar. 
Əgər qicolma 3 aydan erkən və ya 3 yaşdan gec olarsa, temperatur 37,5-ə qədər olarsa, sutkada 2 və daha 
çox dəfə təkrarlanarsa, müddəti uzun sürərsə, fokal nevroloji defisit qoyarsa, ailədə epilepsiya hekayəsi varsa 
bu hallarda qicolmalar daha ciddi səbəblərden qaynaqlana və gələcəkdə epilepsiya xəstəliyinə keçə bilər. Xüsusən tez-tez 
febril qıcolma keçirən uşaqların gələcəkdə mezial temporal skleroza bağlı davamlı qıcolma keçirmə riski yüksəkdir. Həmçinin 
ağır epileptik ensefalopatiya olan Drawet sindromunun da ilk olaraq febril qıcolma ilə başladığını yadda saxlamaq lazımdır.
Bəzən isə valideynlər febril qıcolma ilə digər halları səhv sala bilər. Daha çox səhv salına bilən hallar: 
1.Riqor - Yüksək temperatur fonunda huşun itməməsi ilə paroksizmal titrəmələr və ya əzələ spazmlarıdır, daha çox bakteremiya ilə bağlıdır. 
2.Refleks anoksik ataklar - Yüksək temperaturdan olan ani bayılmalar (vaqal senkope)
İstənilən halda febril qıcolmanın təhlukəsi ilə bağlı qərarı həkiminizlə məsləhətləşməniz tövsiyyə edilir.
Hər kəsin sağlam olması diləyi ilə!
---
Müəllif: Nevroloq Rima İbadova

blog