Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Körpələrdə yerli yersiz kalsium istifadəsi

Kalsium bədənimizdəki ən önəmli minerallardan biri olsa da profilaktik məqsədlə istifadəsi tövsiyyə edilmir. Qanda kalsium səviyyəsi (daha dəqiq ionizə-sərbəst kalsium səviyyəsi) yoxlanmadan verilməsi tövsiyyə edilmir. Hipokalsemiya daha çox ciddi səbəblərdən qaynaqlandığı üçün ilk öncə səbəbi tapılmalıdır. Doğumdan sonra ilk 72 saatda izlənən hipokalsemiya doğum çəkisinin kiçik olması, anada diabet,anada hiperparatiroidizm,uşaqda keçici hipoparatiroidizm və DİGeorge sindromu ilə bərabər izlənə bilər. Daha irəli yaşlarda inək südü ilə bəslənən uşaqda, anada hiperparatiroidizm olan hallarda və DiGeorge sindromunda izlənə bilər.Hipokalsemisi olan uşaqların simptomatik 
qıcolma keçirmə riski yüksəkdir.

Bütün körpələrin sağlam olması diləyi ilə, 
---
Müəllif: Nevroloq Rima İbadova

blog