Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Hansı uşaqlarda nevroloji problemlər daha sıx görülür

Doğulandan sonra gec ağlayan,tın-tın və ya mızıltılı səslə ağlayan,döşü və ya soskanı çətin götürən, 
normal əmə bilməyən,süst vəziyyətdə çox yatan və ya çox az yataraq sutkanın çox hıssəsini narahat keçirən 
uşaqlar,tez-tez xüsusən qida qəbulu ilə əlaqədar olmayan qusmaları olan uşaqlar,yuxudan ağlayaraq oyanan, 
diksinən,qeyri adi yığılmaları,göz və əl-ayaq hərəkətləri olan uşaqlar,ətraf və üz hərəkətləri assimetrik olan 
uşaqlar, xüsusən sonrakı inkişafları ləngiyən uşaqlar daha mütəmadi olaraq uşaq nevroloqunun konsultasiyasında olmalıdır. 
Həkim uşağın motor(hərəki),sosial(psixi) və dil gəlişimini ayrı-ayrılıqda dəyərləndirər.Əgər uşaq iki ayında üzüstü pozisyonda 
başını qaldırmırsa və əşyaları gözü ilə təqib etmirsə,6 ayında arxası üstə uzanarkən başını önə doğru əymirsə və fırlanmırsa,ən 
geci 9 ayda oturmursa,ən gec 18 ayda yeriyə bilmirsə və heç bir söz demirsə,ən geci 3 yaşda sadə cümlələr qura bilmirsə 
valideyinlər həyəcan siqnalı çalmalıdır və uşağın gecikməsinə səbəb olan amillər nevroloq tərəfindən ekkarte edilməlidir.
Bütün körpələrin sağlam böyüməsi diləyi ilə:
---
Müəllif: Nevroloq Rima İbadova

blog