Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Mikrosefaliya

Mikrosefaliya - baş dairəsinin normal göstəricilərinin 2 standartdan aşağı olması və buna bağlı yanaşı izlənən bir çox nevroloji problemlər toplusundan ibarətdir. Mikrosefaliya daha çox xromosom problemlərində izləndiyi halda (Wiliams, Di George, Wolf Hirshborn, Miler-Dicker və.s) bəzi metobolik problemlərdə (serin defisit problemləri) və bəzi xəstəliklərdə həyatın ilk ilində ikincili olaraq da izlənə bilər. ( Məs: Rett sindromu, Aicardi-Goutieres, infantil neonatal seroid lipofussinoz və.s )
Bir çox hallarda xüsusi müalicəsi olmasa da serin metobolizm problemləri vaxtında aşkarlanarsa baş verəcək fəsadların qarşısı alına bilər. Doktorunuzun nəzarəti ilə şübhəli hallarda qan serin və qlisin düzəyini mütləq kontrol edin!
Bütün körpələrin sağlam olması diləyi ilə!
---
Müəllif: Nevroloq Rima İbadova

blog