Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Autistik spektr pozuntuları simptomları

Autizmin davranış simptomlarına aşağıdakılar aiddir;
Sosial ( sosiallaşma ) problemi - Başqa uşaqların oyunlarına maraq göstərməyə bilər, bacı - qardaşına münasibətdə qəddarlıq nümayiş etdirə bilər, valideynlər onu qucaqda tutduqda, yaxud öpdükdə buna hər yolla mane olmağa çalışır, yatağında uzandığı vaxt kimsə ona əllərini uzadıb onu qucağına almaq istədikdə o da qarşılıqlı olaraq əllərini uzatmır və s.
Kommunikativ ( ünsiyyət ) problemi - Ətraf şəraiti hiss etmir, vizual əlaqədən yayınır, böyüklərin əlindən istifadə edir onu yönəldir və s.
Qəribə və ya ritual davranış - Əllərini yellətmə bir - birinə çırpma, durduğu yerdə öz ətrafında dönmə, xətt boyunca düzmə, öz - özünü yırğalamaq, işığı yandırıb söndürməyə sonsuz maraq və s.
Motorika - Pis koordinasiya, xırda motorika problemləri, fəza qavramanın defisiti, yöndəmsizlik yaxud mükəmməl tarazlıq və s.
Sensor yüklənmələr - Saçının qırxılmasına imkan vermir, su prosedurlarından qətiyyətlə imtina edir, musiqi səsinə güclə tab gətirir, əşyaları üzünə çox yaxın tutaraq fırladır, paltar dəyişməyi sevmir və s.
Özünə xətər yetirmə - Başını çırpır, özünü dişləyir və bu zaman ağrı əlamətləri göstərmir, öz dərisini qaşıyıb cırmaqlayır, öz saçını yolur və s.

Autistik əlamətləri göstərən digər diaqnozlar:
Pedaqoji baxımsızlıq
Ləngimə + pedaqoji ləngimə
Displaziya (beyin həcminin kiçilməsi )
Uşaq depressiyası
Mutizm 
--
Müəllif: Dr. İkram Rüstəmov

blog