Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Uşaqlarda yuxu pozuntuları

Yatağa qoyduğunuzda dərhal yuxuya gedən, gecə nadir hallarda oyanıb bir neçə saniyə içində yenidən mışıl-mışıl yatmağa başlayan bir uşağı kim istəməz. Ancaq ana-atalar hər zaman bu qədər şanslı olmaya bilər.

Uşaqlar 2 yaşına qədər həyatlarının 13 ayını yuxuda keçirir. 2-5 yaş arası uşaqların həyatlarının yarısı yuxuda keçərkən, daha böyük yaşdakı uşaqlarda isə bu müddət 40% təşkil edir. Ancaq uşaqların 25 %-i müvəqqəti və ya uzun müddətli yuxu problemi yaşayır. Bu problem özünü yuxuya getmə çətinliyi, yuxuda gəzmə, gecə altını islatma, xoruldama və s şəklində də göstərə bilir.
Yuxu pozuntuları yalnız gecə yuxunu deyil, uşaqların gündüz funksiyalarına, davranışlarına və məktəb nailiyyətlərinə də mənfi istiqamətdə təsir edir. Uşaqlarda yuxu pozuntuları "Diqqət əksikliyi və hiperaktivliyə" bənzər şikayətlərlə ortya çıxır. Bu nöqtədə düzgün diaqnoz qoyulması böyük əhəmiyyət daşıyır, əks halda yuxu pozuqluğu problemi olan uşaqlara diqqət əskikliyi diaqnozu qoyula bilir.

Cəmiyyətdə tez-tez qarşılaşılan səhv düşüncələrdən biri yuxu problemlərinin uşağın böyüməsiylə özbaşına keçəcəyinə inanılmasıdır. Bu xəstəlik özbaşına keçməz əksinə xroniki hal alar. Məsələn Amerikada edilən bir araşdırmada yuxu problemləri yaşayan 3 yaş qrupu uşaqların bu problemi körpəlik dövründən etibarən yaşadıqları təyin olunmuşdur. Ayrıca Universitet şagirdləri arasında edilən bir başqa işdə də, bu gənclərin uşaqlıq çağından etibarən yuxu problemləri yaşadıqları ortaya qoyulmuşdur.
---
Müəllif: Dr.İkram Rüstəmov

blog