Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Sokrat kimi sual verme texnikası

Sokrat kimi sual verme texnikası
-
Ən düzgün aparılan Kognitiv Psixoterapiyada heç bir cavab yoxdur. Sadəcə milyonlarca insanın öz cavablarının kəşfinə rəhbərlik edəcək doğru suallar vardır. (Padesky, 1993)

Koqnitiv terapiya irrasiyonal (məntiqli olmayan) və ya adaptiv olmayan fikirlərin, inanışların, qəbullanmaların dəyişdirilməsinə fokuslanmış terapiyalardır. Altda yatan bu düşüncələrin dəyişməsi ilə şəxsə narahatçılıq verən hiss-emosiya və davranışlarında düzəldiyi görülür.

Fəlsəfə və hüquq təhsilində olduqca çox istifadə edilən “Sokrat kimi sual vermə” texnikasını ik dəfə Albert Ellis Psixoterapiya sürəcinə qatmışdır.

"Sokrat kimi sual vermə" texnikasında terapist konsultasiyaya gələn şəxsə məsləhət verməz, bunun yerinə problemlərinə cavabları şəxsin özünün tapmasına kömək edər. Terapist bu məqsədlə terapiyaya gələn şəxsi yönləndirici olmayan suallarıyla dolaylı olaraq yönləndirmiş olur.

Terapiyalarda “sual vermə” prosesin əsasını təşkil edir. Sual vermə iki şəkildə icra edilə bilər.

Qapalı uclu suallar verilərək: Terapist şəxsə konkret şeylər soruşur. Cavablar qısadır və çox vaxt hə yada yox şəklindədir.Terapist almaq istədiyi nəticəyə çox fokuslandığı üçün, qarşısındakı insanla əlaqəli bəzi incəlikləri gözdən qaçıra bilər. Terapiyaya gələn şəxs terapistinin onu tam başa düşmədiyi hissinə qapıla bilər.

Açıq uclu suallar verilərək: Terapist danışanın özünü kəşfinə rəhbərlik etmək məqsədini güdür. Danışanın fikrini dəyişdirməyi deyil, hadisələri necə gördüyünü, necə məntiq yürütdüyünü anlamağa çalışır. Sürəc içində problemlə əlaqəli anladıqlarını “geri bildirim” (feedback) yoluyla danışanıyla paylaşaraq, eyni zamanda öz fərqindəlik yaratmış olur. Bu yöntəmdə terapistin zehnində sualların cavabı yoxdur. Cavablar danışanla qarşılıqlı fikir mübadiləsi və işbirliyi içində, kəşf yolçuluğuna çıxılaraq axtarılır.
---
Müəllif: Uzman Psixiatr Azər Bağırov

blog