Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Uşaqlarda fobiyalar

Uşaqlarda fobiyalar
-
Bir çox  valideynlər uşaqlarında müxtəlif qorxu və fobiyaların olduğunu qeyd edirlər. Uşaq qaranlıqdan, heyvanlardan, yad insanlardan, bətheybətlərdən və ruhlardan qorxa bilər. Bununla da bütün bu qorxular yaşdan aslı olaraq normaldır. Məsələn, yeni doğulmuş çağanın ətrafdakı kənar səslərdən, yad simalardan qorxması, 2-4 yaşlı uşaqların qaranlıq və ya heyvanlardan qorxması tamamilə normaldır. 6-9 yaşlı uşaqlar tənhalıqdan, bətheybət və ruhlardan qorxa bilər. Valideynlər çox zaman narahat olurlar ki, qorxu, fobiya və stress arasındakı əlaqə haradadır? Bu suala valideynlər özləri cavab verməlidirlər.  Qeyd etmək lazımdır ki, fobiya və stress bir biri ilə sıx bağlıdır. Patoloji qorxular uşaqlara bütün narahatçılıqları hiss etməyə məcbur edir., həmçinin onun yuxusu pozulur, emosional cəhətdən özlərini toplaya bilmirlər. Bütün bunlar klassik stressin əlamətləridir.

Uşaqlarda fobiya və stressin səbəbləri : Müxtəlif səbəbləri ola bilər. Adətən, fobiyalar daha çox emosional, zəngin təxəyyülü, narahatlıqları olan uşaqlarda daha çox rast gəlinir. Digər səbəblər :

Valideyn tərbiyəsi : Ailədə qəddarlıq və ya həddindən artıq qayğı uşaqlarda fobiyanın yaranmasına gətirib çıxara bilər. Məsələn, əgər ana və ya ata uşağın aldığı pis qiymətə həddindən artıq mənfi reaksiya verirsə, bu uşaqda məktəbə qarşı fobiya yarada bilər.
Qəddarlığı əks etdirən televiziya verlişləri, qan və qorxunc səhnələri olan filmlər və s. Bütün bunlar uşaqda fobiyanın yaranmasında böyük rol oynayır.
---
Müəllif: Uzman Psixiatr İkram Rüstəmov

blog