Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Uşaqlarda təşviş pozuntuları

Uşaqlarda təşviş pozuntuları
-
Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8 - 18 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və naraht uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər.

 Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi,  sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır.
---
Müəllif: Uzman Psixiatr İkram Rüstəmov

blog