Choose Colour style

  • skyblue
  • green
  • blue
  • coral
  • cyan
  • eggplant
  • pink
  • slateblue
  • gold
  • red

Blog

Paranoyanın növləri

Paranoyanın növləri:

✅ Düşmənlik görmək (persekütuvar) (ən çox müşahidə olunan)
- "Kiminsə tərəfindən izləndiyini, ona tələ qurulduğunu, ona qarşı suiqəsq düzənləndiyini, kiminsə ona gizli qulaq asdığı, zəhərlədiyini, şiddətə məruz qaldığını" deyir. Kiçik məsələləri şişirdərək omayan məna çıxardır.
- Bəzən öz haqqlarını tələb etmək üçün məhkəməyə də müraciət edirlər.
- Çox hirsli olurlar, bəzən aqresiv davranışları olur

✅ Böyüklük (grandioz)
- Özündən daim razılıq edir, istedadlı olduğunu düşünür. Müxtəlif istedad verilişlərinə müraciət edir.
- "Mehdi, evliya, peyğəmbər olduğunu" söyləyir. İnsanları din yoluna çəkməyə çalışabilərlər.

✅ Patoloji qısqanclıq (jalyuzik)
- Xəyanət olduğunu, ona qarşı sadəqətsizlik olduğu düşüncələri olur, boşanma vəya şüphələndiyi adamı öldürmə istəyi yaranabilər.
- Paltarlarını yoxlamaq, mobil telefona baxmaq və ya hesabları kontrol etmək kimi güdmək davranışlarını göstərir.

✅ Sevilmə (erotomanik)
- Özündən səviyyəcə üstün biri tərəfindən sevildiyini düşünmək
- Həmin insanı izləmək, davamlı olaraq telefonuna zəng etmək
- Həmin insanın davranışlarından sevildiyinə dair mənalar çıxardar.

✅ Bədənsəl (Somatik)
- SPİD, xərçəng olduğuna inanır və aparılan müayinə və analizlərin nəticələrinə isə heç bir şəkildə inanmır.

✅ Təsirlənmə paranoyaları – qeyri adi gücünün , məharətinin olduğunu düşünür və hərəkətləri buna uyğun olur. Düşünürki, onun fikirləri başqaları tərəfindən oxunur vəya başqalarının fikirlərini oxuyabilir.

✅ Depersonalizasiya paranoyaları - Bədəninin dəyişdiyini düşünür. Bu paranoyalarına məntiqli cavablar, sübutlar gətirməklə də fikri dəyişmir . Xəstə özünün cəmiyyət tərəfindən qəribə qarşılandığı inancını qoruyur.

Paranoyanın əlamətlərini yaxınlarınızda hiss etsəniz, gec olmadan mütəxəsssis psixiatrla görüşdürməniz lazımdır, çünki müalicə gecikdikcə bu xəstələr özlərinə və ətrafdakı insanlara zərər verə bilər..

----
Müəllif: Uzman Psixiatr Azər Bağırov

blog